Bakı. Samir Əli - Trend:
Azərbaycandan İrana saxta vizalarla keçməyə cəhd edən dəstə yaxalanıb.
Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, yanvar ayının 27-də qabaqlayıcı əməliyyat məlumatının realizəsi nəticəsində “Şaxtaxtı” sərhəd nəzarəti məntəqəsində İranın saxta vizaları ilə Azərbaycandan İrana keçmək istəyən 7 nəfər Özbəkistan vətəndaşı – 1988-ci il təvəllüdlü Olimova Maqsuda Aydınovna, 1972-ci il təvəllüdlü Mukimova Şaxlo Tolhunova, 1987-ci il təvəllüdlü Saidjanova Nigora Arifovna, 1993-cü il təvəllüdlü Baltayev Olimjan Kominjan, 1993-cü il təvəllüdlü Sanginova Maxiqexraon Muxiddinjon, 1990-cı il təvəllüdlü Axmedova Şaxnozahon Raçiddek saxlanılaraq Dövlət Miqrasiya Xidmətinə təhvil verilib.
Faktlar üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.