...

Qonşu ölkəyə 30 santimetr qar yağdı, yollar buz bağladı (FOTO)

Gündəm Materials 16 Aprel 2018 13:41 (UTC +04:00)
İranın bəzi ərazilərinə güclü qar yağıb.
Qonşu ölkəyə 30 santimetr qar yağdı, yollar buz bağladı (FOTO)

Bakı. Samir Əli - Trend:

İranın bəzi ərazilərinə güclü qar yağıb.

Trend-in məlumatına görə, aprelin 15-də gündüz saatlarından başlayan qar ölkənin Mazandaran, Tehran, Zəncan və Qəzvin ərazisində yağmaqda davam edir. Bəzi yerlərə hətta dolu və buz da yağıb.

Bəzi ərazilərdə qarın qalınlığı 30 santimetrə çatıb. Yolların bəziləri buzlayıb, avtomobillərin hərəkətində çətinliklər yaranıb. Bu səbəbdən də avtomobil yollarında böyük tıxaclar yaranıb. Yol polisləri sürücülərə avtomobillərin qış şinləri və əlavə hərəkət qurğularından istifadə etməyi məsləhət görüb.

Məlumata görə, güclü qarın yağması hələ də davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti