...

Bakıda İƏT gənclər və idman nazirlərinin 4-cü konfransı keçirilir (FOTO)

Gündəm Materials 18 Aprel 2018 15:34 (UTC +04:00)
Bu gün Bakıda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin gənclər və idman nazirlərinin 4-cü konfransı başlayıb.
Bakıda İƏT gənclər və idman nazirlərinin 4-cü konfransı keçirilir (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Bakıda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin gənclər və idman nazirlərinin 4-cü konfransı başlayıb.

Trend-in məlumatına görə, 2 günlük toplantıda 40-a yaxın İƏT ölkəsini təmsil edən nümayəndə heyətlərində gənclər və idman üzrə nazirlər, dövlət agentliyi və komitə sədrləri, eləcə də aparıcı beynəlxalq təşkilat nümayəndələri iştirak edir.

Gənclər və idman nazirlərinin 4-cü konfransı Azərbaycan Gənclər və İdman Nazirliyinin ev sahibliyi, İslam Əməkdaşlıq Təşkilatı, Dialoq və Əməkdaşlıq üzrə İslam Konfransı Gənclər Forumu (İƏT Gənclər Forumu) və İslam Həmrəyliyi və İdman Federasiyasının (İƏT İdman Federasiyası) birgə təşkilatçılığı ilə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti