...

Gecədən səhərə qədər Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılır

Gündəm Materials 27 Aprel 2018 17:47 (UTC +04:00)
Sürücülərdən qeyd olunan saatlarda alternativ olaraq prospektin əsas yolundan istifadə etmələri xahiş olunur.
Gecədən səhərə qədər Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılır

Bakı. Samir Əli - Trend:

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Heydər Əliyev prospektinin “Böyük Şor” yol qovşağından Xətai prospekti ilə kəsişməyədək olan hissəsində hər iki istiqamət üzrə yan yollar boyu üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq, aprel ayının 27-dən 28-nə keçən gecə hərəkət məhdudlaşdırılacaq.

Bu barədə Trend-ə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, məhdudlaşdırma səhər saatlarınadək bir-neçə saatlıq qüvvədə olacaq.

Sürücülərdən qeyd olunan saatlarda alternativ olaraq prospektin əsas yolundan istifadə etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti