Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Nəbatat Bağında “Qızılgül” sərgisi keçiriləcək.
AMEA-dan Trend-ə verilən məlumata görə, 29-31 may tarixlərində keçiriləcək sərginin təşkilinin əsas məqsədi Azərbaycanda botanika elminin təbliği, bu sahədə əldə edilmiş nailiyyətlərin nümayişi, qızılgül həvəskarlarını yeni sortlarla tanış etməkdir.
Sərgidə yerli sortlarla yanaşı, müxtəlif ölkələrdən olan qızılgüllər sortları da nümayiş olunacaq.
Azərbaycanda belə sərgi artıq 2-ci dəfədir ki, keçirilir. İlk belə sərgi 2015-ci ildə keçirilib.