...

Səhiyyə Nazirliyi: Kafedəki partlayışda yaralananların vəziyyəti ağırdır

Gündəm Materials 21 May 2018 16:27 (UTC +04:00)
Bakının Binəqədi rayonu, “Elit” Ticarət Mərkəzi yaxınlığında yerləşən kafedə baş verən partlayış nəticəsində yaralanan iki nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Səhiyyə Nazirliyi: Kafedəki partlayışda yaralananların vəziyyəti ağırdır

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakının Binəqədi rayonu, “Elit” Ticarət Mərkəzi yaxınlığında yerləşən kafedə baş verən partlayış nəticəsində yaralanan iki nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Bunu Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova deyib.

S.Əhmədovanın sözlərinə görə, biri qadın, digəri isə orta yaşlı kişi olan yaralılar müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Yaralılar Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Hadisə nəticəsində dünyasını dəyişən iki nəfərin şəxsiyyəti hazırda müəyyənləşdirilir. Onlardan biri qadın, digəri kişidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti