...

Ombudsman Aparatı: Prezidentin növbəti əfv sərəncamı uğurla icra olunub

Gündəm Materials 25 May 2018 19:34 (UTC +04:00)
Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə ötən gün imzaladığı sayca 64-cü əfv Sərəncamının uğurla icra olunması ilə bağlı məlumat yayıb.
Ombudsman Aparatı: Prezidentin növbəti əfv sərəncamı uğurla icra olunub

Bakı. Trend:

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatı Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə imzaladığı əfv sərəncamının uğurla icra olunması ilə bağlı məlumat yayıb.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, müvəkkil Elmira Süleymanova məhkumların özlərinin və ailə üzvlərinin müraciətlərini nəzərə alaraq, Əfv Məsələləri Komissiyasına müraciətlər ünvanlayıb. Müvəkkilin vəsatətləri əsasında bu sərəncamla 72, ümumilikdə isə fəaliyyət dövrü ərzində 638 məhkum əfv olunaraq azadlığa qovuşub.

Sərəncamda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının xalqımızın müstəqilliyi tarixində əlamətdar hadisə olduğu vurğulanaraq, ümummilli lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında ümumbəşəri dəyərlər, qanunun aliliyi, ədalət və demokratiya ideallarına xüsusi önəm verdiyi xatırlanıb. Həmçinin ulu öndər Heydər Əliyev siyasətinin mərhəmətlik və humanizm ənənələrinə sadiq qalaraq, cəzadan azad olunacaq şəxslərin cəmiyyətə qovuşaraq müstəqil dövlətimizin inkişafı yolunda fəaliyyət göstərəcəklərinə inam vurğulanıb.

Bu baxımdan Ombudsman əlamətdar hadisə olan əfv Sərəncamının icrası ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1, 4, 6, 15 saylı cəzaçəkmə və müalicə müəssisələrində olub, çoxsaylı məhkumlara azadlığa buraxılış vəsiqələrinin təqdim olunmasında iştirak edib.

Bu tədbirlərdə müvəkkil məhkumları ikiqat bayramlar - əfv olunmaları və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təbrik edib, xoş arzularını bildirib. Ombudsman diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyev hər zaman fəaliyyətində humanizm siyasətinə, insan hüquqlarının təmininə önəm verib. Bu siyasət hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Ombudsman müstəqillik tarixində dövlətimizin humanist siyasəti nəticəsində yeganə ölkə olaraq Azərbaycanda qısa müddət ərzində 64 əfv sərəncamının imzalandığını, 11 amnistiya aktının qəbul olunduğunu, nəticədə isə minlərlə insanın ailələrinə, cəmiyyətə qovuşduğunu diqqətə çatdırıb.

Elmira Süleymanova bir çox əfv sərəncamlarının icrasında iştirak etdiyini, budəfəki sərəncamın müstəqillik illərində ən genişmiqyaslı olduğunu, əfv olunanların sayının 634 nəfər təşkil etdiyini vurğulayıb.

Müvəkkil azadlığa buraxılanlara ailələrinə və cəmiyyətə, sağlam həyat tərzinə qovuşmağı, dövlətçiliyə sadiq qalmağı, faydalı əməklə məşğul olmağı tövsiyə edib.

Həmin müəssisələrdəki əfv olunmuş məhkumlara azadlığa çıxmaları barədə sənədlər təqdim edilib.

Əfv olunan şəxslər minlərlə insanı əhatə edən əfv sərəncamlarına və amnistiya aktlarına, insan hüquqları sahəsində humanist addımlara görə dövlətimizin başçısı İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti