...

Qəssablar cəzalandırılacaq, əgər...

Gündəm Materials 29 İyun 2018 13:00 (UTC +04:00)
Qurumun sədri isti havalarda ət kəsimi standartlarına nəzarətin artırılacağını bildirib:
Qəssablar cəzalandırılacaq, əgər...

Bakı. Samir Əli - Trend:

Azərbaycanda ət kəsimi yerlərində ətləri mənfi 4 dərəcədən kənarda saxlayan şəxslər cəzalandırılacaq.

Trend-in məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qoşqar Təhməzli deyib.

Qurumun sədri isti havalarda ət kəsimi standartlarına nəzarətin artırılacağını bildirib:

"İsti hava şəraiti ilə əlaqədar ətlərin soyuducudan kənar daşınması yolverilməzdir. Bu istiqamətdə dələduzluq edən şəxs ən sərt şəkildə cəzalandırılmalıdır. İsti hava şəraitində saxlanılan ət məhsullarının üzərində sağlamlığa zərərli proseslərin getməsinə münbit şərait yarana bilir. Bunun qarşısını almaq üçün tədbirləri artırırıq".

Q.Təhməzli qeyd edib ki, yeni ət kəsimi yerlərində qiymət artımı gözlənilmir: "Bəziləri bunun qiymət artımına səbəb olacağını deyir. Amma bu tədbirlərin qiymətə heç bir aidiyyəti yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti