...

Diqqət! Bu yollarda rənglənmə işləri aparılır

Gündəm Materials 5 İyul 2018 09:37 (UTC +04:00)
Rənglənmə işləri axşam saatlarınadək davam etdiriləcək.
Diqqət! Bu yollarda rənglənmə işləri aparılır

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə səhər saatlarından Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun, Sumqayıt dairəsidən H.Z. Tağıyev qəsəbəsi istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır. Rənglənmə işləri axşam saatlarınadək davam etdiriləcək.

Trend-in xəbərinə görə, bu barədə AAYDA və BNA-nın birgə məlumatında deyilir.

Bundan başqa bu gün axşam saat 23:00-dan etibarən Z.Bünyadov prospektinin, 20 yanvar dairəsindən, Koroğlu metrosu istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti