Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib (FOTO)

Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, toplantını açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Şura 2018-ci ilin ötən 7 ayı ərzində özünün Nizamnamə tələblərinə uyğun olaraq fəaliyyət göstərib: "Qurum şikayətlərin araşdırılması, qərar və rəylərin çıxarılması ilə yanaşı ictimai-siyasi mühitdə baş verən proseslərə adekvat reaksiyası ilə seçilib, medianın cəmiyyət həyatına təsirinin müxtəlif aspektlərinə dair tövsiyələr ünvanlayıb. 2018-ci ilin mart ayının 10-da Azərbaycan Jurnalistlərinin VII qurultayı keçirildi. Qurultay Şuranın İdarə Heyətinin tərkibinin genişləndirilməsinə dair qərar çıxardı. Buna müvafiq olaraq Ali Məclisdə İdarə Heyətinin 23 nəfərdən ibarət yeni tərkibi seçildi. Hesab edirəm ki, ötən müddətdə yeni tərkibdə təmsil olunan həmkarlarımız kifayət qədər məhsuldar fəaliyyət göstərdilər. İstər Mətbuat Şurasının tədbirlərində, keçirdiyi iclaslarda, istərsə də fərdi qaydada fikir və düşüncələrini bölüşməklə vətəndaş cəmiyyəti quruculuğu prosesinə özlərinin layiqli töhfələrini verdilər. Buna görə İdarə Heyətinin üzvlərinə təşəkkürümü bildirirəm".

Ə.Amaşov həmçinin Şuranın Gəncədə baş vermiş terror hadisələrinə medianın monolit komanda kimi dövlətçilik maraqları baxımından münasibət göstərməsi istiqamətində də iş apardığını diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan mediası terror və iğtişaşlarla müşaiyət edilən Gəncə hadisələrinə kifayət qədər peşəkar mövqedən yanaşdı: "Ölkənin aparıcı kütləvi informasiya vasitələri sübut etdilər ki, Azərbaycanda qərarlaşmış siyasi sabitlik, asayiş və əmin-amanlıq mühitini pozmağa cəhd göstərənlərin qarşısında güclü müqavimət potensialına malik mütəşəkkil birlik var. Bu isə cəmiyyət üçün kifayət qədər mühüm mesajdır". MŞ sədri bu mesajın müəllifləri olan KİV-lərə rəhbərlik etdiyi qurumun adından təşəkkürünü bildirib.

Ə.Amaşov Azərbaycan milli mətbuatının 143 illiyinin qeyd edilməsini də ötən müddətin mühüm hadisələrindən biri kimi dəyərləndirib: "Azərbaycan milli mətbuatının yubileylərinin keçirilməsi artıq ənənəyə çevrilib. Yubiley ilinin olmamasına baxmayaraq mətbuatımızın 143 illiyi kifayət qədər aktiv qeyd edildi. Müxtəlif nazirliklər, komitələr, idarə, müəssisə və təşkilatlar bununla əlaqədar geniş toplantılar, müsabiqələr təşkil etdilər. Eyni zamanda biz ayrı-ayrı dövlət qurumlarının Milli Mətbuat Günü KİV redaksiyalarına fərdi təbrik nümunələrini də gördük. Bütün bunlar şübhəsiz, medianın cəmiyyətdəki roluna və mövqeyinə verilən böyük qiymət idi. Hesab edirik ki, mətbuatın missiyasına dəyər verən, onu özünə tərəfdaş seçən hər bir dövlət qurumunun fəaliyyəti təqdir olunmalıdır".

MŞ sədri çıxışında müstəqillik illərində Azərbaycan mətbuatının inkişaf dinamikasından da söz açıb, bununla bağlı bəzi müqayisəli məqamlara toxunub. O xatırladıb ki, ötən əsrin 90-cı illərində Azərbaycan ciddi informasiya blokadasında idi: "Dünya ictimaiyyəti 20 Yanvar, Xocalı faciəsi, ümumən Qarabağ münaqişəsi ilə bağlı məlumatları əsasən xarici KİV-lərdən əldə edirdi. Bir çox hallarda xarici KİV-lər Azərbaycanın özü üçün də informasiya mənbəyi rolunda çıxış edirdilər. Bu tendensiya onunla bağlı idi ki, mətbuatımız zəif idi. Hazırda isə mediamız təkcə Azərbaycanla deyil, bütövlükdə regionla bağlı etibarlı istinad mənbəyi rolunda çıxış edir. Belə bir nəticənin əldə edilməsi son dərəcə vacibdir və gəldiyimiz nöqtənin, keçdiyimiz yolun məsuliyyəti hər kəs tərəfindən dərk edilməli, qarşıdakı fəaliyyət üçün baza rolunu oynamalı, mövcud problemlərin aradan qaldırılması əzmini stimullaşdırmalıdır".

Mediaya dövlət dəstəyinin sistemli şəkil aldığını vurğulayan Ə.Amaşov onu da bildirib ki, bu dəstək KİV-lərin müstəqilliklərinin qorunmasına, onların cəmiyyət və dövlət üçün prioritet sayılan istiqamətlərdəki fəaliyyətinin daha da gücləndirilməsinə yönəlib: "Biz Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətinin timsalında bunu görürük. 2009-cu ildən mövcud olan Fond "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" əsasında iş aparmaqdadır. İstər konsepsiyanın qəbulu, istərsə də Fondun həyata keçirdiyi tədbirlər Prezident İlham Əliyevin media ilə bağlı fikir və düşüncələrinin sistemləşdirilmiş, bu gün üçün konseptual əhəmiyyət daşıyan tərkib hissələridir. Ölkə rəhbərliyi hər zaman medianın missiyasına böyük önəm verib, jurnalist əməyini yüksək qiymətləndirib. Dövlət başçısının medianı özünə tərəfdaş kimi təqdim etməsi həm də onun idarəçilik prosesindəki mövqeyinin təsdiqidir".

Ə.Amaşov Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında” 2018-ci il 16 iyul tarixli sərəncamı üzərində dayanıb. O, sərəncam əsasında ayrılmış 1 milyon manatın gündəlik qəzetlər arasında bölündüyünü diqqətə çatdırıb: "Bəzən belə fikirlər səslənir ki, mediaya dövlət dəstəyi göstərilməməlidir. Ümumən müxtəlif vaxtlarda bununla bağlı baxışlar olub. Əlbəttə, biz də hesab edirik ki, media orqanı özünü maliyyələşdirmə imkanına malik olmalıdır. Unudulmamalıdır ki, dövlət dəstəyi məhz bu cür KİV-lərin formalaşmasını rəhbər tutur. Həm də nəzərə alınmalıdır ki, dövlət üçün güclü, təminatlı medianın varlığı şərtdir. Yəni məsələdə qeyd etdiyim kimi, bir növ, dövlət-media tərəfdaşlığı var. Mətbuat Şurası olaraq biz bu tərəfdaşlıqda internet media resurslarının da iştirakını təklif edirik. Çünki internet üzərindən yayımlanan media vasitələrinin cəmiyyətə təsir imkanları artır və onların fəaliyyətinin dövlət maraqları baxımından uzlaşdırılmasının vaxtı çatıb. Hesab edirik ki, tezliklə bu məsələyə diqqət yetiriləcək. Ümumən mediaya dövlət büdcəsindən vəsaitin artırılması ilə internet mediaya zəruri diqqət ayrılacaq. Ancaq qəzetlərin də ayaqda qalması şərtdir. Nəzərə alaq ki, onlar bu gün yaşananların salnaməsini yaradırlar. Hər biri üzərindən illər, əsrlər keçdikdən sonra günümüzlə bağlı tədqiqat mənbələridir. Bilmək olmaz ki, hansısa internet media orqanının materialı 100 il əvvəlki qəzetin mənbə kimi oynadığı rolu oynayacaq, ya yox. Təminat yoxdur. Buna görə də hazırkı durumda qəzetlər qorunmalıdır. Mövcud xüsusda dövlət dəstəyi son dərəcə vacibdir və davamlılığı şərtdir. Mətbuat Şurasının mövqeyi buna əsaslanır".

Tədbirdə çıxış edən MŞ İdarə Heyətinin üzvlərindən - Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnforamsiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Teleqraf” MMC-nin direktoru Aynur Camalqızı, “Azadinform” İA-nın baş redaktoru Niyaz Niftiyev, Milli.az saytının rəhbəri Anar İmanov, MŞ sədrinin müavinləri Umud Rəhimoğlu və Müşfiq Ələsgərli Şura sədrinin çıxışında yer alan məqamlarla əlaqədar fikirlərini bölüşüblər. Onlar medianın Gəncə hadisələri, eyni zamanda Mingəçevirdəki enerji qəzası nəticəsində yaranmış durum ilə əlaqədar mövqeyini təqdir ediblər.

Mediaya dövlət dəstəyinin konseptual tərəflərinə toxunan İH üzvləri bildiriblər ki, hazırkı dövrdə bu siyasət heç də yalnız ənənəvi medianın varlığını qoruması mahiyyəti daşımır, bütövlükdə Azərbaycan dövlətinin media ilə əlaqədar baxışlarını özündə birləşdirir. Bu baxışlar isə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nda kifayət qədər əhatəli əksini tapıb və sənəddə nəzərdə tutulan digər vəzifələrin reallaşdırılmasına nail olmaq media ictimaiyyətinin qarşısında duran mühüm vəzifələrdəndir.

İH üzvləri mediaya dövlət dəstəyinin əhəmiyyətsizliyi ilə bağlı səslənən fikirlərə də münasibətlərini açıqlayıblar. Onlar bildiriblər ki, bu fikirləri dövriyyəyə gətirənlərin müəyyən qismi vaxtilə məsələnin əksini iddia edən, prosesi dəstəkləyən şəxslərdir. Belələrinin müəyyən qrup maraqları naminə gedilən yola kölgə salmaq, ümumən Azərbaycanda aparılan media siyasətinə təftişçilik nöqteyi-nəzərdən yanaşmaq, hansısa fərdi narazılıqları geniş etiraz kimi göstərmək cəhdləri yolverilməzdir, səmimilikdən uzaqdır. Azərbaycanda media sahəsində aparılan dövlət siyasətinin alternativsizliyini vurğulayan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri bu siyasətin daha zəngin çalarlar əldə etməsi üçün qarşılıqlı əməkdaşlığın, fəaliyyətin daha da gücləndirlməsinin zəruriliyini əsaslandırıblar.

AccessBank tender elan edir
AccessBank tender elan edir
“Yelo Bank” kondissonerlərə servis xidməti göstərilməsi məqsədilə açıq tender elan edir
“Yelo Bank” kondissonerlərə servis xidməti göstərilməsi məqsədilə açıq tender elan edir
“Yelo Bank” açıq tender elan edir
“Yelo Bank” açıq tender elan edir
Loading Bars
Xəbər lenti
Türkiyə və İran prezidentləri ikitərəfli münasibətləri müzakirə ediblər
"Barselona" Çempionlar Liqasının pley-off mərhələsinə çıxa bilməyib
Böyük Britaniya COVID-keçid sistemini tətbiq edəcək
UEFA Çempionlar Liqası: "Atalanta"-"Vilyarreal" oyunu təxirə salınıb
Gürcüstan Azərbaycana ən çox ixrac olunan malları açıqlayıb
Polad Bülbüloğlu və Fransanın Rusiyadakı səfiri Soçi görüşünün nəticələrini müzakirə ediblər
SOCAR Gürcüstanda gələn il 3000-dən çox günəş paneli quraşdırmağı planlaşdırır
Avropada qazın qiyməti min kubmetr üçün 1200 dolları ötüb
ABŞ investorların işğaldan azad edilən ərazilərin bərpasında iştirakı barədə müzakirə aparılıb
Azərbaycan və İran arasında ticarət dövriyyəsinin artırılması istiqamətində addımlar atılacaq - Səfir
Misirdə Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən sərgi təşkil olunub (FOTO)
Türkiyə qoyun və keçilərin sayına görə Avropada birinci yerə yüksəlib
bp yeni təşkilati struktur sayəsində Azərbaycanda məhsuldarlığı artırıb
Avropa birjalarında təbii qaz qiymətləri min kubmetr üçün 1 200 dollar həddini keçib
Dekabrın 9-na USD/AZN rəsmi məzənnəsi
Büdcə qaydasının yeni təkmilləşdirilmiş variantı təklif olunur - Nazir
Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” Qanuna edilən dəyişikliklər plenar iclasa tövsiyə olunub
Azərbaycanın Büdcə Məcəlləsi hazırlanır
Peşəkar Mühasib Sertifikatı üçün keçirilən imtahanın nəticələri elan olunub
Nizami Gəncəvinin 880 illiyinə həsr edilən tədbir keçirilib (FOTO/VİDEO)
Şamaxıda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb (VİDEO)
Polisin evindən "Qəhrəman ana" medalını oğurlayanlar məhkəmə qarşısına çıxarıldı
Bakıda yeni vəkil bürosu açılıb (FOTO)
Mikayıl Cabbarov Azəbaycan Güləş Federasiyasının prezidenti seçilib
Tədavülə yeni 20 qəpik buraxılıb
Dünya şöhrətli polşalı alimə ADNSU-nun Fəxri doktoru adı verilib (FOTO)
Real-Trend həftəlik iqtisadi layihəsinin növbəti buraxılışı yayımlanıb (VİDEO)
“Azərbaycan Hava Yolları” BƏƏ turizm agentləri üçün təqdimat keçirib (FOTO)
20 manatlıq pul əsginası yenilənib (FOTO)
Hindistanın baş qərargah rəisi həyat yoldaşı ilə birgə helikopter qəzasında həlak olub
Vətəndaşlardan 10 ədəd ov tüfəngi götürülüb
MDU-da beynəlxalq elmi konfrans keçiriləcək
Baş Prokurorluğun əməkdaşı Bolqarıstanda səfərdə olub
İcbari tibbi sığorta üzrə xidmətlər zərfində bir sıra əməliyyatlar üçün limit nəzərdə tutulub
İcbari tibbi sığorta üzrə xidmətlər zərfinə 2 550 sayda tibbi xidmət daxildir - Agentlik
Bu gün dünyada 537 milyon insan şəkərli diabetdən əziyyət çəkir - Əhliman Əmiraslanov
Elektron Ədliyyə Köşkü pandemiya dövrünə qədər çox geniş istifadə edilirdi - İdarə rəisi
İl ərzində doğulan uşaqlara ən çox qoyulan adlar açıqlanıb
Kəlbəcərdə mövqelərimiz atəşə tutulub - MN
Yelo Bank-la pulunuz daha çox artsın
Azərbaycanda doğumu qeydə alınmamış uşaqlara daha çox rast gəlinən rayonlar AÇIQLANDI
Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları ilə taktiki-xüsusi təlim keçirilib (FOTO/VİDEO)
Azərbaycanda neçə şəkərli diabet xəstəsi var?
Qardaşını öldürməkdə təqsirləndirilən şəxsə bəraət verildi
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 210 nəfər COVID-19-a yoluxub, 15 nəfər ölüb
Azərbaycanda qeydiyyatdan keçən siyasi partiyaların sayı açıqlanıb
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunda tunellərin inşasına başlanılıb (FOTO)
İlkin tanışlıq Ermənistanın verdiyi mina xəritələrinin qeyri-dəqiq olması təəssüratını yaradır - ANAMA rəhbəri
Təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb (FOTO)
Türkiyə parlamentində dava: Deputatlar yumruqlaşdı (VİDEO)
Mobil Notarial tətbiqi ilk dəfə olaraq Azərbaycanda tətbiq edilir - İdarə rəisi
Azyaşlıların narkotik istifadəsinə səbəb valideyn nəzarətsizliyidir - Orxan Cəfərov
Oğuzda koronavirus xəstəsi mağazada saxlanıldı (VİDEO)
40-dan çox dövlət informasiya resursu Ədliyyə Nazirliyinin elektron rəqəmsal sistemlərinə inteqrasiya edib
"Yeni Klinika"nın sabiq direktoru məhkəmədən bəraət istədi
Azərbaycanın enerji sahəsindəki fəaliyyətləri alqışalayiqdir - İranlı nazir
Narkotik istifadəçiləri necə müəyyən edilir? - AÇIQLAMA
General-polkovnik Kərim Vəliyev Ali Hərbi Məktəbin şəxsi heyəti ilə görüşüb (FOTO/VİDEO)
Qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlandı
Rusiya ilə Ukrayna arasında istənilən formatda vasitəçilik edə bilərik - Ərdoğan
Bakıda mənzildən 20 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb (FOTO/VİDEO)
Mərkəzi Bank açıq bankçılıq texnologiyalarının dəstəklənməsi üzrə müvafiq standartların hazırlanmasını növbəti ilə planlaşdırır
Bu ərazilərdə dekabrın pensiyaları ödənildi
İranda daha 90 nəfər koronavirusdan ölüb
Mərkəzi Bankı rəqəmsal ödəniş strategiyasının əsas istiqamətlərini açıqladı
Əsas hədəfimiz "Google" istifadəçilərinin ödəniş imkanlarını asanlaşdırmaqdır - Can Avunduk
Marketlərdə də “BakıKartın” balansını artırmaq mümkün olacaq
Şəmkirdə saxta əlilik arayışları verənlərlə bağlı cinayət işi məhkəməyə göndərilib
Mərkəzi Bank rəqəmsal valyuta ilə bağlı sənəd üzərində işləyir
Bakıda 5-ci mərtəbədən yıxılan şəxs sağ qalıb
Nağdsız ödənişlər pandemiya dövründə 40 faiz artıb - "Azericard"
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bir sıra görüşlər keçirib (FOTO)
Azərbaycan və İran Astaraçay üzərində körpü və piyada keçidinin tikintisi ilə bağlı müzakirə aparıblar
Bu günə qədər 150-dən artıq qazi Türkiyəyə müalicəyə göndərilib
"YAŞAT" Fondunun rəhbəri qazilərin əlillik statusu ilə bağlı məsələyə aydınlıq gətirib
Rayonlarda avtobuslar kartla ödənişə keçə bilər
Almaniyanın yeni kansleri seçilib
PAŞA Bank Ani Ödənişlər Sisteminə qoşulub
1300-dək şəhid ailə üzvü və qazi "Məşğulluq marafonu" çərçivəsində işlə təmin edilib
Zaur Əliyev Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə göstərilən tibbi xidmətlərin statistikasını açıqlayıb
Vətən müharibəsindən sonra 35 min şəxsə 41 min xidmət göstərilib
Hazırda "YAŞAT" Fondunun balansında 15 milyondan artıq xərclənməmiş vəsait var - Elvin Hüseynov
"MasterCard" Azərbaycanda nağdsız ödənişlərin genişləndirilməsi üzrə layihələr reallaşdırır
Azərbaycan Karyera İnkişaf Forumu başlayıb (FOTO)
Azad edilmiş ərazilərdə "Şuşa", "Yaşma", "Zəfər" buğda sortlarının əkini aparılıb - Trend TV-nin Tərtərdən reportajı
Bacarıqlı işçi qüvvəsinin yetişdirilməsi üçün yeni proqramlar hazırlanır - Nazir
Gələn ildən etibarən şəhid övladları Türkiyədə təhsil ala biləcəklər
Sabahın hava proqnozu açıqlanıb
Fuad Muradov "YAŞAT" marafonundan danışıb
Bu rayonlara qar yağacaq - Xəbərdarlıq
Azad olunmuş ərazilərdə bərpa işləri görüldükcə məşğulluq təmin olunacaq - Sahil Babayev
2026-cı ilədək ÜDM-də özəl sektorun payının 88 faizə çatdırılması nəzərdə tutulub - Elnur Əliyev
Azərbaycanda rəqəmsal manatın yaradılması üzrə təqdiqatlar aparılır
Heydər Əliyev Mərkəzində braziliyalı rəssam Nina Pandolfonun fərdi sərgisi açılacaq
Bu il 20 min şəhid ailəsinə ödəniş təyin edilib
Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında telefon danışığı olub
Hindistanda baş qərargah rəisinin olduğu helikopter qəzaya uğrayıb - Ölənlər var
Azərbaycan vətəndaşları üçün hansı turizm istiqamətləri açıqdır? - FOTO
"YAŞAT" Fondu əlilliyin təyinatı gözlənilmədən qazilərə yardım göstərir - Ülvi Mehdiyev (FOTO)
Bütün xəbərlər