...

KTMT-nin baş katibi Yuri Xaçaturova qarşı ittiham irəli sürülüb - həbs edilə bilər

Gündəm Materials 27 İyul 2018 14:17 (UTC +04:00)
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturova qarşı ittiham irəli sürülüb.
KTMT-nin baş katibi Yuri Xaçaturova qarşı ittiham irəli sürülüb - həbs edilə bilər

Bakı. Trend:

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturova qarşı ittiham irəli sürülüb.

Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, o, 2008-ci ilin mart hadisələri zamanı Ermənistanın konstitusiya quruluşunun devrilməsində ittiham olunur.

Qeyd olunub ki, mart hadisələri ilə bağlı cinayət işinin ilkin istintaqı zamanı əldə edilmiş sübutlar yetərli hesab olunub.

Yerevan məhkəməsində Y.Xaçaturovun həbs edilməsi ilə bağlı vəsatət qaldırılıb.

Xatırladaq ki, Y.Xaçaturov 2008-2016-cı illərdə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti