...

42 nəfər öldü, 16 nəfər kor oldu - SƏBƏB spirtli içki

Gündəm Materials 9 Oktyabr 2018 13:25 (UTC +04:00)
Son bir ay ərzində İranda spirtli içkidən 460 nəfər zəhərlənib, 42 nəfər isə dünyasını dəyişib.
42 nəfər öldü, 16 nəfər kor oldu - SƏBƏB spirtli içki

Bakı. Elnur Bağışov - Trend:

Son bir ay ərzində İranda spirtli içkidən 460 nəfər zəhərlənib. Trend-in məlumatına görə, bunu İranın səhiyyə nazirinin ictimai məsələlər üzrə müavini doktor Məhəmməd Hadi Əyazi deyib.

Onun sözlərinə görə, həmin şəxslərdən 42 nəfər isə dünyasını dəyişib.

170 nəfərin böyrəklərini itirdiyini və dializə ehtiyacı olduqlarını deyən nazir müavini spirtli içkilərdən istifadə nəticəsində 16 nəfərin də kor olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti