...

Quşçuluq fermasında bədbəxt hadisə - Şifer qırıldı, 79 yaşlı kişi öldü

Gündəm Materials 24 Oktyabr 2018 12:48 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Göygöl rayonunda 79 yaşlı kişi hündürlükdən yıxılıb ölüb.

Trend-in məlumatına görə, hadisə rayonun Molla Cəlilli kəndi ərazisində baş verib.

Kəlbəcər rayonunun Qılınclı kəndində qeydiyyatda olan, Göygöl rayonunun Murovdağ qəsəbəsində məskunlaşmış, 1939-cu il təvəllüdlü Bayramov Xanlar Bəylər oğlu Molla Cəlilli kəndindəki quşçuluq fermasında nərdivanda elektrik işləri görərkən nərdivanın söykəndiyi şifer qırılıb.

Nəticədə nərdivanın yuxarı hissəsindən yıxılan X.Bayramov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti