...

ETSN: Lənkəran-Astara zonasında yağış intensiv və güclü olub, 4 çayda sel müşahidə olunub

Gündəm Materials 12 Noyabr 2018 13:03 (UTC +04:00)
Noyabrın 11-i gündüzdən 12-si səhərədək müşahidə olunan faktiki hava açıqlanıb.
ETSN: Lənkəran-Astara zonasında yağış intensiv və güclü olub, 4 çayda sel müşahidə olunub

Bakı. Samir Əli - Trend:

Noyabrın 11-i gündüzdən 12-si səhərədək müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində noyabrın 11-i gündüzdən 12-si səhərədək hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, Lənkəran-Astara zonasında intensiv və güclü olub, yağan güclü leysan yağış nəticəsində çaylarda sululuq artıb, Lənkərançay, Təngərüdçay, İstisuçay, Boladıçay və Veravulçayda sel müşahidə olunub. Hazırda intensiv və güclü yağış davam edir.

Düşən yağıntının miqdarı Naxçıvan Muxtar Respublikasında 2-3, Böyük Qafqazda 1-14, Lənkəran-Astara zonasında 1-25, Mərkəzi-Aran rayonlarında 1-18, Bakıda və Abşeron yarımadasında - Ələtdə 11, Pirallahıda 8, Bakıda 5, Binə, Zabratda 4, Maştağada 3, Bayıl yamacında 2, Sumqayıtda 0.7 mm olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti