...

İşgəncələr Əleyhinə Komitə inzibati həbs olunan AXCP üzvləri ilə görüşüb, şikayətləri yoxdur

Gündəm Materials 27 Noyabr 2018 18:09 (UTC +04:00)
İşgəncələr Əleyhinə Azərbaycan Komitəsi Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində monitorinq keçirib.
İşgəncələr Əleyhinə Komitə inzibati həbs olunan AXCP üzvləri ilə görüşüb, şikayətləri yoxdur

Bakı. Samir Əli - Trend:

İşgəncələr Əleyhinə Azərbaycan Komitəsi Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində monitorinq keçirib.

Bu barədə Trend-ə açıqlamasında komitənin sədr müavini Elçin Şirinov deyib.

E.Şirinovun sözlərinə görə, monitorinq zamanı komitə əməkdaşları saxlanılan şəxslərlə görüşüb:

"Monitorinqi mən və komitə sədri Tural Hüseynov keçirmişik. Monitorinq zamanı noyabrın 17-də Bakıda icazəsiz mitinqə cəhd edərkən saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri - Ağababa Cəfərov, Cavid İbrahimov və Ruslan Əmirovla da görüşdük. Görüş zamanı onların saxlanma şəraitləri ilə maraqlandıq. Hər 3 şəxs bildirdi ki, məntəqədə saxlanma şəraitlərindən narazılıqları yoxdur, saxlanıldıqları kamerada normal şərait var və hər 3-ü eyni kamerada saxlanılır. Həmin şəxslər məhkəmə qərarı ilə 20 sutka inzibati həbs olunublar. Hər 3 şəxs məhkəmə qərarından narazıdırlar və bildirdilər ki, artıq qərardan apellyasiya şikayəti veriblər.

Həmin 3 nəfərin yaxınları ilə görüşü məsələsi ilə də maraqlandıq. Özləri bildirdilər ki, saxlanılandan sonra onların ailə üzvləri ilə görüşklərinə normal icazə verilib və bütün hüquqlarından istifadə edə biliblər. Bir sözlə, onlar məntəqədən heç bir şikayət etmədilər".

O bildirib ki, məntəqədə keçirilən monitorinq zamanı məlum oldu ki, orada 164 nəfər inzibati həbs olunan şəxs saxlanılır: "Onlardan 2-si qadın, 162 nəfəri isə kişidir. Yeni istifadəyə verilən bina yüksək standartlara cavab verir. Binada 232 nəfərlik 46 kamera inşa olunub. Əvvəlki bina cəmi 58 nəfərlik idi. Binanın havalandırma sistemi yüksək səviyyədədir. Ayrıca yeməkxana fəaliyyət göstərir, saxlanılan şəxslər həmin yeməkxanadan yeməklə təmin olunur. Əvvəllər 3 görüş otağı var idi, indi 6 görüş otağı var. Saxlanılan şəxslər üçün 3 yeni hamam inşa edilib ki, 15 nəfər eyni vaxtda hamamda yuyuna bilir.

Binada müşahidə otaqları, müasir görüş otaqları var. İstilik sisteminin normal fəaliyyəti üçün generatorlar qurulub, su anbarları tikilib, gəzinti meydançasında idman qurğuları quraşdırılıb. Köhnə kameralar əsaslı şəkildə təmir olunub".

E.Şirinov deyib ki, saxlanılan şəxslərin hamısı ilə fərdi görüşlər keçirilib, heç biri saxlanma şəraitindən narazılıq etməyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti