...

Məhkəmə "Ailə TV"nin binasına basqın edənlərin cəzasını qüvvədə saxladı

Gündəm Materials 13 Dekabr 2018 11:37 (UTC +04:00)
Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirli bilinən Kamil Əliyev, Asib Kambarov, Kamran Süleymanov, Rəşad Əhmədzadə və Orxan Əliyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi baş çatıb.
Məhkəmə "Ailə TV"nin binasına basqın edənlərin cəzasını qüvvədə saxladı

Bakı. Samir Əli - Trend:

Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirli bilinən Kamil Əliyev, Asib Kambarov, Kamran Süleymanov, Rəşad Əhmədzadə və Orxan Əliyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi baş çatıb.

Trend-in məlumatına görə, hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılsa da, təmin edilməyib.

Məhkəmə birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamil Əliyev 11 il, Asib Kambarov və Kamran Süleymanovun hər biri səkkiz il, Rəşad Əhmədzadə doqquz il, Orxan Əliyev isə səkkiz il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, təqsirləndirilən şəxslər Xətai rayonu ərazisində yerləşən “Ailə” TV şirkətinin inzibati binasına daxil olaraq gözətçi Hüseyn Dünyamalıyevə bıçaqla hədə-qorxu gəliblər. Onlar şirkətin seyfində olan 3600 manat məbləğində pulu quldurluq yolu ilə ələ keçirərək hadisə yerindən qaçıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti