...

Çində təhsil almaq istəyənlər üçün ŞANS

Gündəm Materials 21 Yanvar 2019 19:30 (UTC +04:00)
Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Çində təhsil almaq istəyənlər üçün təqaüd proqramı elan edilib.
Çində təhsil almaq istəyənlər üçün ŞANS

Bakı. İlhamə İsabalayeva - Trend:

Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Çində təhsil almaq istəyənlər üçün təqaüd proqramı elan edilib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, təqaüd proqramı Prezidentin 2016-cı il tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir.

Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır.

Tədris dili çin dilində olan ixtisaslarda təhsil almaq hüququ qazanacaq tələbələr bir və ya iki il müddətində çin dili üzrə hazırlıq kursu keçməli, ingilis dilli proqramlara müraciət edən şəxslər isə müvafiq dil sertifikatına malik olmalıdır.

Təhsil müddəti ixtisasdan asılı olaraq, dil hazırlığı kursu istisna olmaqla, bakalavriat səviyyəsi üzrə 4-5 il, magistratura səviyyəsi üzrə 2-3 il, doktorantura səviyyəsi üzrə isə 3-4 il arasında dəyişir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti