...

İşlədiyi bankda əmanətçinin hesabından 425 min dolları öz hesabına köçürdü və...

Gündəm Materials 25 Yanvar 2019 22:00 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda bankdan külli miqdarda pul oğurlamaqda təqsirləndirilən Elqar Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
İşlədiyi bankda əmanətçinin hesabından 425 min dolları öz hesabına köçürdü və...

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda bankdan külli miqdarda pul oğurlamaqda təqsirləndirilən Elqar Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən şəxsin 10 il azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, 2017-ci ilin dekabr ayında E.Vəliyev paytaxtın Nərimanov rayonu ərazisində yerləşən banklardan birində əmanətçinin hesabından 425 min 77 dollar pulu öz kartına köçürüb. Daha sonra o, həbs edilib.

Xatırladaq ki, E.Vəliyev bankın texnoloji proseslər şöbəsində baş ekspert vəzifəsində çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti