Bakı. Elçin Mehdiyev - Trend:
Bərdədə ana tərəfindən küçəyə atılan uşaqların müvəqqəti olaraq uşaq evinə verilməsini istəyirik.
Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib.
O bildirib ki, məsələ Komitənin nəzarətindədir: "Biz Bərdə Rayon İcra Hakimiyyəti nəzdindəki monitorinq komissiyasına da müraciət etmişik. Komitə olaraq mövqeyimiz belədir ki, uşaqlar məsuliyyətsiz anaya qaytarılmasın. Müvəqqəti olaraq uşaqlar dövlət müəssisəsində saxlanılmalıdır. Qadınla iş aparılandan sonra uşaqlar qaytarılmalıdır".
A.Sofiyeva Bakıda daha iki uşağın küçəyə atılması məsələsinə də diqqət çəkib: "Uşağı dünyaya gətirmək və onu küçəyə atmaq cinayətdir. Bu, valideyn məsuliyyətsizliyidir. Hər belə faktla komitə maraqlanır. Bizim tərəfimizdən lazımi tədbirlər görülür və hüquq-mühafizə orqanlarına müraciət olunur".