...

Goranboyda canavarların kəndlərə hücumu ilə bağlı İşçi Qrup yaradıldı

Gündəm Materials 19 Fevral 2019 12:07 (UTC +04:00)
Goranboy rayonunun Boluslu və Eyvazlılar kəndlərində canavarların hücum edərək kənd təsərrüfatı heyvanlarına zərər vurması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan məlumat əsasında İşçi Qrup yaradılıb.
Goranboyda canavarların kəndlərə hücumu ilə bağlı İşçi Qrup yaradıldı

Bakı. Samir Əli - Trend:

Goranboy rayonunun Boluslu və Eyvazlılar kəndlərində canavarların hücum edərək kənd təsərrüfatı heyvanlarına zərər vurması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan məlumat əsasında İşçi Qrup yaradılıb.

Nazirliyin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ETSN-nin və “Azərovçu” İctimai Birliyinin əməkdaşlarından ibarət İşçi Qrup vətəndaşların təhlükəsizliyinin təmin olunması və onların əmlakına zərər vurulmasının qarşısının alınması məqsədilə sözügedən ərazini nəzarətə götürərək vəhşi heyvanların sayının tənzimlənməsi ilə bağlı tədbirlər görür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti