...

Bakıda keçmiş məhkum küçədə odlu silahla yaxalandı

Gündəm Materials 13 Mart 2019 13:44 (UTC +04:00)
Bakı sakini küçədə odlu silahla yaxalanıb.
Bakıda keçmiş məhkum küçədə odlu silahla yaxalandı

Bakı. Samir Əli - Trend:

Bakı sakini küçədə odlu silahla yaxalanıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 34, mənzil 35-də yaşayan, əvvəllər məhkum olunmuş Ağazadə Şamxal Rasim oğlu yaşadığı binanın qarşısında saxlanılıb.

Onun üzərindən "Varnan" modelli revolver və 2 ədəd 46 kalibrli patron aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti