...

Rusiyadan Azərbaycana qanunsuz yolla balıq kürüsü keçirilməsinin qarşısı alınıb

Gündəm Materials 30 Mart 2019 13:33 (UTC +04:00)

Bakı. Trend:

Rusiyadan Azərbaycana qanunsuz yolla balıq kürüsü və tütün məmulatları keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrül Komitəsindən Trend-ə verilən məlumata görə, Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mitsubishi Airtrek" markalı nəqliyyat vasitəsi saxlanılıb və rentgen qurğusu vasitəsilə avtomobilə gömrük baxışı keçirilib.

Baxış zamanı şübhəli məqamlar müəyyən edildiyindən təkrar gömrük yoxlaması aparılıb və nəqliyyat vasitəsinin yanacaq çəninin içərisində xüsusi hazırlanmış gizli saxlanc yerindən gömrük nəzarətindən gizlədilən, qabları ilə birlikdə ümumi çəkisi 13 800 qram olan 26 ədəd plastik qablarda qara rəngli dənəvari balıq kürüsü və 700 ədəd "Belomorkanal" markalı siqaretlər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti