...

Bakıda avtomobil piyadaları əzib keçdi - Ölənlər var (YENİLƏNİB)

Gündəm Materials 1 Aprel 2019 11:17 (UTC +04:00)
Bakının mərkəzində yol-nəqliyyat hadisəsi baş verib.
Bakıda avtomobil piyadaları əzib keçdi - Ölənlər var (YENİLƏNİB)

Bakı. İlhamə İsabalayeva, Ceyhun Ələkbərov - Trend:

Bakının mərkəzində yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, qəza bir neçə dəqiqə əvvəl Rəşid Behbudov küçəsində, Mərkəzi Bankın yanında qeydə alınıb. Belə ki, "Mercedes" markalı avtomobil piyada keçidindən istifadə edən 3 nəfəri vurub.

Daha sonra sürücü idarəetməni itirərək avtobusa çırpılıb.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, daha iki nəfər isə xəsarət alıb. Ölənlər "Mercedes" markalı avtomobilin sürücüsü və 50-55 yaşlı naməlum qadındır. 60-65 yaşlı qadın və 30 yaşlı kişi isə xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti