...

Zakir Həsənov: Biz hər an rahat şəkildə döyüşlərə başlaya bilərik

Gündəm Materials 4 Aprel 2019 17:50 (UTC +04:00)
Azərbaycan Ordusuna, Azərbaycan rəhbərliyinə inam, dövlətə inam xeyli artıb . Şəxsi heyət Ali Baş Komandanın Orduya diqqət və qayğını görür.
Zakir Həsənov: Biz hər an rahat şəkildə döyüşlərə başlaya bilərik

Bakı. Samir Əli - Trend:

Azərbaycan Ordusuna, Azərbaycan rəhbərliyinə inam, dövlətə inam artıb. Şəxsi heyət Ali Baş Komandanın Orduya diqqət və qayğısını görür.

Trend-in məlumatına görə, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov AzTV-yə müsahibəsində deyib.

Nazir bildirib ki, Ordunun döyüş hazırlığı elə bir anlayışdır ki, onun həddi yoxdur:

"Ən yüksək səviyyəli ordularda döyüş hazırlığı davam edir. Baxın, görün Azərbaycan Ordusunun silahlanmasında hansı silahlar var? Mən müdafiə naziri kimi deyirəm ki, "Azərsilah” Azərbaycan ordusunu tam şəkildə silah-sursatla təmin edir. Biz hər an rahat şəkildə döyüşlərə başlaya bilərik. Çünki biz silah-sursatla tam təmin olunuruq. Söhbət təkcə sursatdan getmir. Bizdə yüksək səviyyədə hazırlanmış silahlar, pilotsuz uçan aparatlar var. Zirehli texnikanın modernizasiyası keçirilir. "Azərsilah" 1000-dən çox çeşiddə silah-sursat istehsal edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti