...

Fazil Mustafa: Vergi ödəyiciləri, borcların ödənilməsi, satınalmalarla bağlı ciddi problemlər var

Gündəm Materials 9 Aprel 2019 12:52 (UTC +04:00)
Dövlətsatınalmalarında ziddiyyət özünü qabarıq şəkildə göstərir
Fazil Mustafa: Vergi ödəyiciləri, borcların ödənilməsi, satınalmalarla bağlı ciddi problemlər var

Bakı. Elçin Mehdiyev – Trend:

Büdcədən vəsait mənimsənilirsə, bu, cinayətdir. Buna yumşaq ad qoymaqla, cəzalandırmaqdan imtina edirik.

Trend-in xəbərinə görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının hesabatının müzakirəsi zamanı deyib.

O bildirib ki, vergi ödəyiciləri, borcların ödənilməsi, satınalmalarla bağlı ciddi problemlər var:

“Dövlətsatınalmalarında ziddiyyət özünü qabarıq şəkildə göstərir. Hesabata əsasən, 76 tender komissiyasının qanunvericiliyin tələblərinə uyğun şəkildə fəaliyyəti aşkarlanıb. Lakin hansı tenderlərin ləğvi ilə bağlı məlumat əldə etmək mümkün deyil. Bütün bunları araşdırdıqda məlum olur ki, Hesablama Palatasının səlahiyyətləri geniş olsa da, bəzi sahələrə təsir etmək imkanı yoxdur. Bu, təmin edilməsə, gələcəkdə problemlərin qarşısını almaq çətin olacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti