...

Türkiyə XİN: İtaliya parlamentinin qərarı heç bir qüvvəyə malik deyil

Gündəm Materials 11 Aprel 2019 09:13 (UTC +04:00)
İtaliya Parlamentinin qondarma "erməni soyqırımı" ilə bağlı qərarı heç bir qüvvəyə malik deyil.
Türkiyə XİN: İtaliya parlamentinin qərarı heç bir qüvvəyə malik deyil

Bakı. Trend:

İtaliya Parlamentinin qondarma "erməni soyqırımı" ilə bağlı qərarı heç bir qüvvəyə malik deyil. Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu özünün "Twitter" səhifəsində yazıb.

Nazir qeyd edib: "İtaliyanın Nümayəndələr Palatasının bu qərarı tarixi siyasiləşdirmək cəhdləri kimi, heç bir bir qüvvəyə malik deyil".

Qeyd edək ki, İtaliya Parlamenti Osmanlı İmperiyasında 1915-ci ildəki hadisələri "erməni soyqımı" kimi qəbul etməyi hökumətə tövsiyə edən qətnamə qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti