Bakı. Samir Əli - Trend:
Göyçay sakinini ilan sancıb.
Trend-in məlumatına görə, hadisə rayonun Şahsoltanlı kəndində baş verib.
Kənd sakini, 1972-ci il təvəllüdlü Nuriyev Hakim İslam oğlunu sahədə ilan vurub.
H.Nuriyev təcili xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.