...

Bakıda çörək sexində işləyən şəxs bıçaqlandı

Gündəm Materials 20 May 2019 20:31 (UTC +04:00)
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Bakıda çörək sexində işləyən şəxs bıçaqlandı

Bakı. Samir Əli - Trend:

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsindəki yataqxananın qarşısında baş verib.

Məlumata görə, çörək sexində işləyən Beyləqan rayon sakini, 1993-cü il təvəllüdlü Savalanov Sabir Akif oğlu orada Mütəllim adlı şəxslə mübahisə edib.

Nəticədə Mütəllim adlı şəxs S.Savalanovu bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti