Bakı. Elnur Bağışov - Trend:
İranın şimalında yerləşən Gilan vilayətinin Talış rayonunda Gətgesər çimərliyində motorlu qayıq bir kişini vurub.
Trend-in məlumatına görə, bunu Talış rayonu hüquq-mühafizə orqanının rəisi polkovnik Hüseyn Camaldar deyib.
H.Camaldarın sözlərinə görə, xəsarətləri ağır olan 49 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.