...

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi başa çatır

Gündəm Materials 2 Sentyabr 2019 09:26 (UTC +04:00)
Bu gün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi başa çatır.
Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi başa çatır

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi başa çatır.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə internet vasitəsilə ixtisas seçimi avqustun 27-dən başlayıb.

Orta ixtisas təhsil müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında (hər iki mərhələ üzrə birlikdə) topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılır. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur. Ümumi (9 illik) orta təhsil səviyyəsini Azər­baycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər müsabiqədə tədris dili (Azərbaycan dili və ya rus dili), riyaziyyat və xarici dil fənlərindən buraxılış imtahanında (9-cu siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər.

Qeyd edək ki, orta ixtisas təhsili müəssisələrinə qəbul olub (I mərhələdə) qeydiyyatdan keçməyən abituriyentlər, həmçinin müsabiqə şərtlərini ödəyən, lakin iyulun 24-dən avqustun 5-dək aparılan ixtisas seçimində iştirak etməyənlər də boş qalan plan yerlərinin müsabiqəsində iştirak edə bilərlər.

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəs­sisələrinin boş qalan yerləri üzrə ixtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib www.eservices.dim.gov.az/erizetex/ixtisas2 internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti