...

Ağstafada Qarayazı Dövlət Təbiət Qoruğunda yanğın olub

Gündəm Materials 18 Sentyabr 2019 09:51 (UTC +04:00)
Ağstafa rayonunda meşədə yanğın hadisəsi baş verib.
Ağstafada Qarayazı Dövlət Təbiət Qoruğunda yanğın olub

Bakı. Samir Əli - Trend:

Ağstafa rayonunda meşədə yanğın hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayon ərazisində yerləşən Qarayazı Dövlət Təbiət Qoruğunun Poylu meşəbəyliyinin ərazisində baş verib.

Yanğın 5 hektar ərazini əhatə edib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğının qarşısını alıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, meşə ərazisindəki quru və yaş ağaclar yanıb.

Yanğının hansı səbəbdən baş verməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti