...

Milli Qəhrəman anası Əli İnsanovu ifşa etdi: Adımı hallandırmayın

Gündəm Materials 25 Noyabr 2019 14:43 (UTC +04:00)
Milli Qəhrəman Tahir Həsənovun anası, Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi İctimai Birliyinin sədri Qalibə Budaqova "Haqq Ədalət Partiyası" adlı təşkilat ilə bağlı adının hallanmasına etiraz edib.
Milli Qəhrəman anası Əli İnsanovu ifşa etdi: Adımı hallandırmayın

Bakı. Samir Əli - Trend:

Milli Qəhrəman Tahir Həsənovun anası, Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi İctimai Birliyinin sədri Qalibə Budaqova "Haqq Ədalət Partiyası" adlı təşkilatla bağlı adının hallanmasına etiraz edib.

Trend-in məlumatına görə, Q.Budaqova barəsində yayılan məlumatları təkzib edib: "Mənim adımı yeni yaradılan "Haqq Ədalət Partiyası" təşkilat komitəsinin üzvü kimi hallandırıblar. Mən Qalibə Budaqova heç bir partiyanın və heç bir partiyanın təşkilat komitəsinin üzvü deyiləm.

Mən uzun müddətdir ki, xəstəyəm və müalicə altında olduğum üçün heç evdən belə çıxa bilmirəm. Xahiş edirəm mənim adımı heç bir partiya üzvlüyü ilə hallandırmasınlar".

Xatırladaq ki, sabiq səhiyyə naziri Əli İnsanov "Haqq və Ədalət Partiyası" yaratmaqla bağlı təşəbbüs irəli sürüb və Qalibə Budaqovanın da həmin "partiya"nın təşkilat komitəsinin üzvü olduğunu bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti