Bakı. Samir Əli - Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada terror təşkilatına qoşulmaqda təqsirləndirilən Bilal İsmayılov və Əfqan Aslanovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Trend-in məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza istəyib.
Prokuror təqsirləndirilən şəxslərin hər birinin 10 il azadlıqdan məhrum edilməsini istəyib.
Proses dekabrın 14-də davam etdiriləcək.
İttihama görə, təqsirləndirilən şəxslər 2013-cü ildə Suriyada qanunsuz silahlı birləşmələrin tərkibinə qoşulublar və təlimlərdə iştirak ediblər. Hər iki şəxs 2019-cu ildə həbs edilib.
Təqsirləndirilən şəxslər Suriyaya getdiklərini etiraf edib, ancaq döyüş və təlimlərdə iştirak etmədikləri bildiriblər.
Onlar Cinayət Məcəlləsinin 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddəsi ilə ittiham olunurlar.