...

Müəllimlərin sertifikasiyası mərhələli həyata keçiriləcək - Ceyhun Bayramov

Gündəm Materials 27 Yanvar 2020 12:58 (UTC +04:00)
Qaydalar təsdiq edildikdən sonra - 2020-ci ildən etibarən müəllimlərin sertifikasiya proseduruna başlamaq mümkün olacaq
Müəllimlərin sertifikasiyası mərhələli həyata keçiriləcək - Ceyhun Bayramov

Bakı. İlhamə İsabalayeva - Trend:

Müəllimlərin sertifikasiyası ilə bağlı yeni qaydaların növbəti aylarda təsdiq olunacağını hesab edirik.

Trend-in məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, qaydalar təsdiq edildikdən sonra - 2020-ci ildən etibarən müəllimlərin sertifikasiya proseduruna başlamaq mümkün olacaq:

"Təbii ki, bir il ərzində sistemdə olan bütün müəllimlərin hamısının sertifikasiyadan keçməsindən söhbət getmir. Proses mərhələli şəkildə həyata keçiriləcək. Əsas məqsəd hərtərəfli qiymətləndirməni aparmaqla hər bir müəllimin fərdi inkişafını təmin etmək, onu stimullaşdırmaqdır. Sertifikatlaşdırma proseduru nəticəsində müəllimlərin karyera inkişafı və bir sıra digər imtiyazların təqdim edilməsi zamanı sertifikasiyanın nəticələri nəzərə alınacaq. Sertifikasiya nəticəsində təqdim olunan göstəricilərə çatmayan müəllimlər üçün əlavə imkanlar yaradılacaq. Onlara həmin səviyyəyələrə çatmaq üçün təkrar olaraq, ixtisasartırma təlimlərindən keçmək təklif olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti