Bakı. Samir Əli - Trend:
Bakıda koronavirus şübhəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən Çin vətəndaşının karantin müddəti başa çatıb.
Trend-in məlumatına görə, yanvarın 27-də koronavirusdan şübhələnərək 1 saylı Kliniki Tibbi Mərkəzdə karantində saxlanılan 1996-cı il təvəllüdlü Zhenghai Liu Yousha bu gün evə buraxılıb.
Xatırladaq ki, Zhenghai Liu Yousha Bakı Dövlət Universitetinin Tarix fakultəsinin 3-cü kursunda amerikaşünaslıq ixtisası üzrə təhsil alır. O, bu il yanvarın 27-də koronavirus şübhəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə müraciət edərək karantinə götürülüb. Zhenghai Liu Youshada virusun əlamətləri aşkar edilməyib.