...

Bakı-Alanya reysi təxirə salındı

Gündəm Materials 21 Fevral 2020 12:08 (UTC +04:00)
Təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Alanyaya yola düşəcək.
Bakı-Alanya reysi təxirə salındı

Bakı. Ceyhun Ələkbərov - Trend:

Alanyanın hava limanında (GZP) qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq "Buta Airways"in saat 07:39-da Bakıdan yola düşən J2 9111 nömrəli aviareysində hava gəmisinin kapitanı Ankaranın Esenboğa hava limanına (ESB) məcburi eniş etmək qərarı alıb.

Bu barədə Trend "Buta Airways"ə istinadən xəbər verir.

Reys Bakı vaxtı ilə saat 11:08-də Ankarada uğurlu eniş edib.

Təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Alanyaya yola düşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti