...

ABŞ-ın bütün qərb sahili boyunca fövqəladə vəziyyət elan edilib

Gündəm Materials 9 Mart 2020 00:43 (UTC +04:00)
Fövqəladə vəziyyətin müddəti 60 gün davam edəcək
ABŞ-ın bütün qərb sahili boyunca fövqəladə vəziyyət elan edilib

Bakı. Trend:

Oreqon ştatında fövqəladə vəziyyət elan edildi.

Trend-in məlumatına görə, Oreqon ştatının qubernatoru Keyt Braun martın 8-də yeni növ koronovirusun yayılması ilə bağlı ştatda fövqəladə vəziyyət elan etdiyini bildirib. Hazırda ştatda koronavirusun yeni növünə (COVID-2019) 14 yoluxma hadisəsi qeydə alınıb.

Fövqəladə vəziyyətin müddəti 60 gün davam edəcək.

Daha əvvəl Vaşinqton və Kaliforniya ştatları hakimiyyəti analoji tədbirlərə əl atmışdı və beləliklə, qərb sahilində hər üç ştatda artıq fövqəladə vəziyyət tətbiq olunur.

Ümumilikdə, ABŞ-da koronavirusa 400-dən çox yoluxma halları qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti