Koronavirusa yoluxan jurnalist: Özümüzü və yaxınlarımızı bu təhlükəli xəstəlikdən qorumalı, dövlətə və həkimlərimizə minnətdar olmalıyıq (FOTO)

Koronavirusa yoluxan jurnalist: Özümüzü və yaxınlarımızı bu təhlükəli xəstəlikdən qorumalı, dövlətə və həkimlərimizə minnətdar olmalıyıq (FOTO)

Bakı. Samir Əli - Trend:

Özümüzü və yaxınlarımızı bu təhlükəli xəstəlikdən qorumalı, dövlətə və həkimlərimizə minnətdar olmalıyıq.

Bunu Trend-ə açıqlamasında koronavirusa yoluxan jurnalist Anar Cəfərsoy deyib.

O bildirib ki, virusa ilk olaraq anası yoluxub: "Anamın mayın 15-də vəziyyəti pisləşdi, tənəffüs çatışmazlığı yarandı. Bu barədə Təcili Tibbi yardıma müraciət etdim və anamı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirdilər. 3 gündən sonra test yoxlanışının cavabı müsbət çıxdı və müayinələr zamanı məlum oldu ki, anam həm də şəkərli diabet xəstəsi imiş. Mayın 17-də məndə dəhşətli öskürək yarandı, arabir hərarətim də olurdu. Dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə müraciət etdim ki, məni də karantinə götürsünlər. Kliniki Tibbi Mərkəzdə karantinə götürüldüm və burnumdan yaxma analiz götürdülər. Testin cavabı müsbət çıxdığı üçün məni mayın 21-də Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirdilər və müalicələrim başlandı. Anamın vəziyyəti isə ağırlaşdığı üçün "Yeni Klinika"ya köçürüb müalicəsini davam etdirsələr də, həm yaş həddi, həm də digər xəstəliklərə görə vəziyyəti daha da çətinləşdi. Daha sonra onu Mərkəzi Neftçilər Xəstəxanasına köçürdülər. Həkimlərin səyinə basxmayaraq onun həyatını xilas edə bilmədilər. Anam mayın 28-də dünyasını dəyişdi".

A.Cəfərsoy bildirib ki, Tədris-Terapevtik Klinikada 2 dəfə tənəffüs çatışmazlığı yaranıb: "Elə bir vəziyyətdə idim ki, o anı yaşamayanlar həmin vəziyyəti anlaya bilməzlər. Sanki daxilimdə ciyərimə daşla vururdular. Təngnəfəslik, halsızlıq. Bir faktı deyim ki, burnumla nəfəsimi çəkirdim, ağzımda saxlaya bilmirdim. Klinikada məni dərhal nəzarətə götürdülər və sözün əsl mənasında həkimlər mənim həyata qayıtmağım üçün əllərindən gələni edirdilər. Klinikada xəstələr arasında heç kimə fərq qoyulmur, həkimlər hər bir xəstəyə öz yaxınları kimi münasibət göstərirlər. Gün ərzində 5-6 dəfə sistemlər, gücləndirici həblər və digər dərman preparatları qəbul edirdim. Həkimlər hamının vəziyyətini fasiləsiz nəzarətdə saxlayırdılar. Orada şahidi oldum ki, koronavirus xəstələrinə yardım edən həkimlər həqiqətən qəhrəmandır. Allah onların hər birinə kömək olsun".

Jurnalist deyir ki, koronavirus xəstələrinə yardım edən həkimlərin iş şəraiti inanılmaz dərəcədə ağırdır: "Təsəvvür edin ki, onlar gün ərzində 8 saat xüsusi formada olurlar. Əgər bir dəfə formanı geyindilərsə, 8 saat çıxara bilməzlər. Hətta bu müddət ərzində həmin həkimlər tərlərini də silə bilməzlər, çünki əllərində infeksiya ola və bu virusa yoluxa bilərlər. Həkimlər xəstələrin sağalması üçün özlərini, həyatlarını əsl təhlükəyə atırlar. Bir adi səhv onlara həyatları bahasına başa gələ bilər. 8 saat xüsusi, hava buraxmayan formada dözüb dayanmaq, üstəlik həmin vəziyyətdə xəstələrə öz yaxınları kimi can yandırmaq əsl qəhrəmanlıqdır".

A.Cəfərsoy deyir ki, Azərbaycan dövləti koronavirusa qarşı mübarizə istiqamətində bütün tədbirləri həyata keçirib və bu proses davam edir: "Bu gün klinikada xəstələrin müalicəsi üçün lazım olan bütün aparatlar var və istifadə edilir. Dövlət hər cür tədbirlər görüb ki, xəstələrimiz lazımı səviyyədə müalicə olunsun, tez sağalsın. Mən Azərbaycan dövlətinə və Azərbaycanın qəhrəman həkimlərinə minnətdarlığımı bildirirəm. Xəstəxanada xidmət yüksək səviyyədə idi. Gün ərzində 3 dəfə yüksək səviyyəli yeməklər, meyvələr, vitaminlər verilirdi".

Jurnalist adıçəkilən klinikada 14 gün tam nəzarət altında müalicə ediləndən sonra yenidən analiz verib və cavab mənfi çıxıb: "14 gündən sonra 2 dəfə təkrar testdən keçdim və məlum oldu ki, sağalmışam. Bundan sonra məni evə ambulator müalicəyə yazdılar. Artıq 2 həftədir ki, ev şəraitində müalicələrimi davam etdirirəm, həkim məsləhəti ilə dərman qəbul edirəm. Özüm- özümü təcrid etmişəm. Ailə üzvlərimdən maksimum kənar gəzirəm, evdən çıxmıram, dostlar, qohumlarla görüşdən müvəqqəti imtina edirəm. Yəni mən o anları yaşamışam deyə, istəmərəm hansısa yaxınım, dostum, qohumum həmin vəziyyətə düşsün, o ağır vəziyyəti yaşasın".

A.Cəfərsoy Azərbaycan əhalisinə də müraciət edib: "Əzizlərim, dostlar, tanışlar, həmvətənlərim. Çalışın özünüzü, ailənizi və yaxınlarınızı qoruyun. Mən şəxsən bunu özümə dövlət və qəhərman həkimlərimiz qarşısında borc bilirəm. Dövlətimizin yaratdığı şərait və həkimlərimizin səyi nəticəsində, ən əsası Allahın izni ilə mən bu bəladan xilas oldum və buna görə də dövlətimizə, həkimlərimizə borcluyam. Çalışın siz də özünüz-özünüzü, ailənizi, yaxınlarınızı, ətrafınızdakı insanları qoruyun".

Ali Baş Komandan Vətən Müharibəsində minimal itkilərlə zəfər qazanmaq strategiyasını uğurla həyata keçirdi - İsa Həbibbəyli
Ali Baş Komandan Vətən Müharibəsində minimal itkilərlə zəfər qazanmaq strategiyasını uğurla həyata keçirdi - İsa Həbibbəyli
Ceyhun Bayramov bolqarıstanlı həmkarı ilə telefonla danışıb
Ceyhun Bayramov bolqarıstanlı həmkarı ilə telefonla danışıb
Dağlıq Qarabağı dövlət kimi tanımaq qərarı verən parlament yalnız fransız nağıllarında yer ala bilər - Mustafa Şentop
Dağlıq Qarabağı dövlət kimi tanımaq qərarı verən parlament yalnız fransız nağıllarında yer ala bilər - Mustafa Şentop
Loading Bars
Xəbər lenti
Ali Baş Komandan Vətən Müharibəsində minimal itkilərlə zəfər qazanmaq strategiyasını uğurla həyata keçirdi - İsa Həbibbəyli
Özbəkistan mediası Ermənistanın Qarabağda törətdiyi ekoloji terrordan yazıb
Qusarda ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır
“Qlobal Müdafiə Texnologiyaları Hakatonu”na start verilib
“Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu”na start verildi (FOTO)
Uşaqların müharibə cinayətlərinin qurbanı olması qəbulolunmazdır - UNİCEF-in icraçı direktoru
Ceyhun Bayramov bolqarıstanlı həmkarı ilə telefonla danışıb
SOCAR Ukraynada fəaliyyətini genişləndirir
Pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl edilməsi vacibdir - Nazirlik
Nyu-Yorkda Vətən müharibəsi şəhidləri anılıb
44 günlük müharibə bizə asan gəlsə də, bu, düşünüldüyü kimi deyil - Hərbi ekspert
ABŞ-da koronavirusa yoluxma rekordu qeydə alındı
Gömrük əməkdaşları Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad ediblər (FOTO)
Dağlıq Qarabağı dövlət kimi tanımaq qərarı verən parlament yalnız fransız nağıllarında yer ala bilər - Mustafa Şentop
Azərbaycan ordusu dünya reytinqlərində daha da irəliləyəcək - Deputat
Kəlbəcər rayonunun Yanşaq kəndi (VİDEO)
Dekabrın 7-də manatın dollara qarşı məzənnəsi
Ötən gün yol qəzalarında 4 nəfər ölüb
Səfir XİN-ə çağırıldı, Fransaya nota verildi
TÜRKPA-nın Baş katibi Prezident İlham Əliyevi təbrik edib
Serbiya Azərbaycana 170 milyon avro borcunu ödəyəcək
"Ural Hava Yolları" Rusiya vətəndaşlarının Azərbaycandan daşınmasını həyata keçirəcək
Türkiyədən Çinə hərəkət edən yük qatarı Bakı limanından keçəcək
Ceyhun Bayramov latviyalı həmkarı ilə telefonla danışıb
Azərbaycan qlobal çağırışlara həmişə töhfə verib - Deputat
Ceyhun Bayramov Belarusun səfiri Gennadi Axramoviç ilə görüşüb (FOTO)
Prezident İlham Əliyevin Fransaya tövsiyəsini mən də dəstəkləyirəm - Ərdoğan
Azərbaycanda bu məhsulların istehsalı artıb
Ankarada Azərbaycanın Vətən müharibəsinin şəhidləri yad edilib (FOTO)
Azərbaycanda 4 267 nəfər COVID-19-a yoluxdu, 2 566 nəfər sağaldı, 41 nəfər vəfat etdi
Şəhidlərin əziz xatirəsi Dövlət Miqrasiya Xidmətində də yad edilib (FOTO)
Hərbçilərimiz canları bahasına bu qələbəni əldə ediblər - Milix Yevdayev
Gəncədə din xadimləri şəhidlərin xatirəsini yad ediblər (FOTO)
İsmayıllıda koronavirus xəstəsinə cinayət işi başlanılıb
Türkiyəli nazir Qars logistika mərkəzinin tikintisi prosesi ilə tanış olacaq
Şəhidlərin xatirəsini yad etmək məqsədilə müntəzəm xətt avtobusların hərəkəti dayandırılıb - BNA
UNEC tələbələri Qarabağ şəhidlərini belə yad etdi: Davamçılarınızıq! (FOTO)
Şəkidə şəhidlərimizin xatirəsi yad edilib (FOTO)
Azərbaycanın böyük qələbəsini şərtləndirən əsas amillər
Birinci vitse-prezident Mehriban Əliyeva: Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq
Əjdərbəy məscidində şəhidlərin xatirəsi anılıb
Azərbaycan Ordusunda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb (FOTO/VİDEO)
Dağlıq Qarabağın kimə məxsus olduğu BMT qətnamələri ilə çoxdan müəyyən edilib - Peskov
Biz bütün Azərbaycanın dəstəyini hiss edirdik - Bədii gimnastika üzrə qrup komandasının üzvləri (FOTO)
İkinci Qarabağ müharibəsi Azərbaycan tarixində parlaq səhifədir - Aleksandr İşein
Ərazini tərk edən ermənilər məzarları dağıdıblar - “Amnesty International” Kəlbəcərdə (FOTO)
İranda sutka ərzində 347 nəfər koronavirusdan ölüb
Vətən yolunda canlarından keçən oğullarımız daim qəlbimizdədir - Milix Yevdayev (FOTO)
Azərbaycan şəhidlərinin xatirəsi Türkiyə və İranda da yad edilir
Azərbaycan hərbi əməliyyatları dəqiqliklə quraraq Ermənistandan daha az itki verdi - Deputat
Məni güllə altında sürüyərək ərazidən çıxardılar - Qarabağ qazisi
Siyəzəndə yaşadığı ünvanı tərk edən “COVİD-19” xəstəsi saxlanılıb (VİDEO)
Paşinyanın reytinqi kəskin düşüb
Heydər Əliyev Fondunun dəstəyi ilə şəhidlərə ithaf olunmuş "Əbədi zirvə" musiqi kompozisiyası hazırlanıb (VİDEO)
Olimpiya oyunlarının təxirə salınması Yaponiyaya 3 milyard dollara başa gələcək
Azərbaycan zəfər çalaraq tarixdə yeni səhifə açdı - Allahşükür Paşazadə
Dövlət Dəniz Agentliyində şəhidlərin əziz xatirəsi anılıb (VİDEO)
Fransa Senatının təşəbbüsü Avropa ölkələrində dəstəklənmir - Deputat
Yaşayış yerini tərk edən aktiv koronavirus daşıyıcıları barədə cinayət işi başlanılıb (FOTO/VİDEO)
"Şəhidlik yaxşı ölümdür" deyirdi - Şəhid Tural Rəhimov
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Şəhidlərimizin ruhu qarşısında baş əyir, ehtiramla yad edirik - Spiker
Heydər məscidində anım mərasimi keçirilib (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
Havanın temperaturu düşəcək, yağış, qar yağacaq - Xəbərdarlıq
Rusiyada koronavirusdan ölənlərin sayı 42 mini ötüb
FHN-in İdman-Sağlamlıq Mərkəzinin əməkdaşları şəhid ailəsini ziyarət ediblər (FOTO)
Azərbaycan xalqı Şəhidlər Xiyabanını ziyarət edir (FOTO)
Gəncə şəhərində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib (FOTO)
Bakıdakı pravoslav kafedral kilsəsində şəhidlərin anım mərasimi keçirilib (FOTO)
Doqquz Azərbaycan gimnastı bədii gimnastika üzrə Avropa çempionatından medalla qayıdıb - Mariana Vasileva
Nazirlik Xudayar Yusifzadənin ailəsi üçün ev tikəcək (FOTO)
Dağ Yəhudiləri İcmasında şəhidlərin xatirəsi anılıb (FOTO)
Ukrayna həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib - Həmsədr
Döyüşlərə 30 ilin həsrəti ilə atılmışdıq - Qarabağ qazisi
Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələri müzakirə olunub
AQTA 43 obyektdə koronavirusla bağlı qayda pozuntusu aşkarladı (FOTO)
Niderlandda Fransa Senatının və Belçika Parlamentinin qəbul etdiyi qətnamələrə etiraz aksiyası keçirilib
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhidlərimizin xatirəsini yad ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Yaşayış yerini tərk edən aktiv koronavirus daşıyıcısı barədə cinayət işi başlanılıb (FOTO/VİDEO)
Ərdoğan və Ruhani Qarabağı müzakirə edib
Güclü dövlətin hərbçisi olmaq çox qürurvericidir - Qarabağ qazisi
Ötən gün 21 koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb
Azərbaycan nefti 50 dollar həddinə yaxınlaşır
Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır - Fransa səfiri
Azərbaycanın qaz ixracında Türkiyə bazarının payı 79 faiz olub
Azərbaycanın Türkiyədən sement idxalı azalıb
Taksi fəaliyyəti ilə məşğul olan COVİD-19 xəstəsi saxlanılıb (FOTO)
Rusiyada təyyarə bir gündə iki dəfə təcili eniş etdi
Müəllimlərinə "Qarabağı biz alacağıq" deyib - Ad günündə dəfn edilən şəhid Nicat Tarverdiyev (FOTO)
Bakıda elektron əşya mağazalarından oğurluq edən saxlanılıb
Prezident İlham Əliyev şəhidlərimizlə bağlı paylaşım edib (FOTO)
Azərbaycan Prezidenti: BMT Təhlükəsizlik Şurasının qətnamələrinin güc yolu ilə icrası qaçılmaz idi
Vətən Müharibəsində şəhid olan DİN kapitanı (FOTO)
Azərbaycan Prezidenti: Ermənistan son dəqiqəyə qədər xüsusi sessiyanın keçirilməsi üçün hazırlıq prosesinə mane olmağa çalışıb
Azərbaycan Prezidenti: Son iki il ərzində Ermənistan danışıqlar prosesini məqsədyönlü şəkildə məhv edib
Prezident İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilib
Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq - XİN
Prezident İlham Əliyev: Pandemiya başlayandan bəri Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasdadır
Bütün xəbərlər