...

Binəqədidə karantin rejimi qaydalarını pozan marketlər aşkarlanıb (FOTO)

Gündəm Materials 18 Avqust 2020 09:06 (UTC +04:00)
Binəqədidə karantin rejimi qaydalarını pozan marketlər aşkarlanıb (FOTO)

Bakı. Trend:

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydalarına zidd olaraq, mövcud qayda və tələblərin şərtlərinin pozan marketlər aşkarlanıb.

Trend-in məlumatına görə, Binəqədi Rayon İcra hakimiyyəti, Binəqədi RPİ və 7-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun İ.Həşimov küçəsində “Araz”, Mircəlal küçəsində “Bolmart” və “Bazar store” marketlərinin sahibləri və işçiləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 7 nəfər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozan şəxslərlə profilaktik və izahedici söhbətlər aparılmaqla, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin sahibləri 200 manat, digərləri 100 manat cərimə olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti