...

Mərkəzi Elmi Kitabxanada Azərbaycanşünaslıq şöbəsi yaradılıb

Gündəm Materials 31 Avqust 2020 09:26 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

AMEA Mərkəzi Elmi Kitabxanada Azərbaycanşünaslığa dair bütün elmi resursları əhatə edərək elektron informasiya mühiti ilə dinamik əlaqəyə öz bəhrəsini verə biləcək, rekonstruksiya olunmuş Azərbaycanşünaslıq şöbəsi yaradılıb.

Kitabxanadan Trend-ə verilən məlumata görə, şöbənin əsas missiyası azərbaycançılıq dünyagörüşünün təbliğatçısı olmaqla yanaşı, azərbaycanşünaslıq elminin, milli-ictimai təfəkkürünün etibarlı və ciddi elmi informasiya bazasının formalaşmasıdır.

Şöbədə Azərbaycançılıq və Azərbaycanşünaslığa dair ictimai, humanitar, dəqiq və yer elmləri sahəsinə dair tədqiqatların nəticələri – dissertasiyalar, monoqrafiyalar, kitablar, elmi toplular və s. sənəd, materiallar toplanılır.

Həmçinin şöbədə beynəlxalq aləmdə qəbul edilmiş biblioqrfaik standartlara uyğun olaraq sistemləşdirilmə, ənənəvi (əvvəlki illərdə artıq dondurulmuş və nöqsanlı olan aparat-kataloqlar yenidən işlənilməklə) və elektron informasiya-axtarış aparatının yaradılması, ayrıca ən aktual hesab edilən materialların annotasiyalı elektron məlumat bazasının tərtibi, Azərbaycanşünaslıq baxımdan xarici dillərdə və fərqli formatlarda olan əhəmiyyətli nəşrlərin xüsusi bölmələrinin əlavə edilməsi nəzərdə tutulur.

Azərbaycançılıq və Azərbaycanşünaslığın aktual mövzularına həsr olunmuş, həm Azərbaycan, həm də xarici dillərdə dövri-mətbuat materiallarının elektron məlumat bazasının təşkili də bura daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti