...

Avropada yaşayan azərbaycanlılar Düsseldorfda Azərbaycana dəstək aksiyası keçiriblər

Gündəm Materials 4 Oktyabr 2020 17:00 (UTC +04:00)
Avropada yaşayan azərbaycanlılar Düsseldorfda Azərbaycana dəstək aksiyası keçiriblər

Bakı. Trend:

Almaniyanın Düsseldorf şəhərində Avropada yaşayan azərbaycanlılar Azərbaycana dəstək aksiyası keçiriblər.

Trend-in məlumatına görə, aksiyada Avropanın müxtəlif ölkələrdən gələn yüzlərlə azərbaycanlı iştirak edib.

Tədbir iştirakçıları arasında türk dərnəkləri təmsilçiləri, Güney Azərbaycan diasporası təmsilçiləri olublar. 2 saatdan çox davam edən tədbirdə müxtəlif dillərdə çıxışlar olub, orduya dəstək çağırışları edilib. Sonda azərbaycanlılar Azərbaycan Ordusunun qələbəsi şərəfinə halay çəkib, bu sevincli anı birlikdə yaşayıblar.

Qeyd edilib ki, orduya dəstək aksiyaları davam edəcək. Növbəti ölkənin Fransa olacağı planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti