...

Soydaşlarımız Fransada Ermənistanın təxribatları ilə bağlı şüarlar yayıb

Gündəm Materials 12 Oktyabr 2020 15:51 (UTC +04:00)
Soydaşlarımız Fransada Ermənistanın təxribatları ilə bağlı şüarlar yayıb

Bakı. Trend:

Müxtəlif ölkələrdə yaşayan soydaşlarımız işğalçı Ermənistan ordusunun ölkəmizə qarşı təxribatları ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması və həqiqətlərin dünyaya bəyan edilməsi istiqamətində davamlı işlər aparır.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, xaricdə yaşayan azərbaycanlılar tərəfindən dəyirmi masaların keçirilməsi, bəyanatların ünvanlanması, məktub kampaniyası, mətbuat konfransı və s. üsullarla həqiqətlər beynəlxalq ictimaiyyətə təqdim edilir və dünyaya ermənistanın işğalçılıq siyasətinin dayandırılmasına təsir etməklə bağlı çağırışlar edilir.

Növbəti belə bir aksiya Fransanın Tuluz və Montoban şəhərlərində keçirilib. Bu dəfə soydaşlarımız şəhərin küçələrinə, dayanacaqlara və ümumilikdə insanların daha çox olduğu yerlərə fransız dilində “Azərbaycan ədalət tələb edir!” və “Ermənistanın təcavüzünü dayandırın” kimi şüarlar yapışdırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti