...

COVİD-19 daşıyıcısı olan Bakı sakini Qubada saxlanıldı

Gündəm Materials 9 Noyabr 2020 15:45 (UTC +04:00)
COVİD-19 daşıyıcısı olan Bakı sakini Qubada saxlanıldı

Bakı. Samir Əli - Trend:

Bakı şəhər sakini Azad Bağırova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ona ev şəraitində müalicə təyin edilib. Lakin adıçəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk etmiş və digər insanlar üçün real təhlükə yaratmışdır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qaydaları pozan və sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan Azad Bağırovun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, yaşadığı ünvana qaytarılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti