...

Trend-in baş redaktorunun vəziyyəti stabildir, saturasiyası yüksəlib - Həkim

Gündəm Materials 26 Dekabr 2020 13:13 (UTC +04:00)
Trend-in baş redaktorunun vəziyyəti stabildir, saturasiyası yüksəlib - Həkim

Bakı. Samir Əli - Trend:

Trend İnformasiya Agentliyinin baş redaktoru Rufiz Hafizoğlunun ümumi vəziyyəti stabildir.

Bunu Trend-ə baş redaktorun yerləşdirdiyi klinikanın müalicə həkimi bildirib.

Məlumatda qeyd edilir ki, Rufiz Hafizoğlunun hazırda təzyiq və hərarəti normaldır: "Saturasiyası 97 faizə yüksəlib, bunun 35 faizi süni tənəffüs aparatı ilə verilir. Bunu yaxşılaşma hesab etmək olar, amma ümumi vəziyyət stabil ağır olaraq qalır. Müalicəsi intensiv davam etdirilir".

Xatırladaq ki, R. Hafizoğlu bir müddət əvvəl koronavirusa yoluxub. Vəziyyəti ağırlaşan baş redaktor "Yeni Klinika"ya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti