...

Təhsil Nazirliyi yaşı 60-dan çox olan müəllimlərin vaksinasiyası barədə məlumata münasibət bildirdi

Gündəm Materials 27 Yanvar 2021 12:19 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva – Trend:

Təhsil Nazirliyi yaşı 60-dan çox olan müəllimlərin COVİD-19-a qarşı vaksinasiyaya məcburi şəkildə cəlb ediləcəyi barədə məlumata münasibət bildirib.

Trend-in məlumatına görə, bu gün keçirilən vebinarda çıxış edən Təhsil nazirinin müşaviri Elnur Nəsibov deyib ki, müəllimlərin vaksinasiyası ilə bağlı qərar TƏBİB tərəfindən veriləcək: “Belə səhv məlumat yayılıb ki, yaşı 60-dan çox olan müəllimlər məcburi şəkildə vaksinasiya ediləcək. Vaksinasiya könüllü olacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti