...

Nəcəfqulu Rəfiyev küçəsində hərəkət sabah axşam bərpa olunacaq (ƏLAVƏ OLUNUB)

Gündəm Materials 8 Fevral 2021 12:09 (UTC +04:00)
Nəcəfqulu Rəfiyev küçəsində hərəkət sabah axşam bərpa olunacaq (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub

Bakı. Samir Əli - Trend:

Bakıda daha bir küçə bağlanıb.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Fevral ayının 5-dən 6-na keçən gecədən etibarən Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsinin Xocalı və Nobel prospektlərinin kəsişməsində yerləşən hissəsində aparılan təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Məhdudlaşma fevral ayının 9-u axşam saatlarından aradan qaldırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti