...

“Azərbaycan evləri” videolayihəsi təqdim olunur

Gündəm Materials 17 Fevral 2021 16:07 (UTC +04:00)
“Azərbaycan evləri” videolayihəsi təqdim olunur

Bakı. Trend:

Diasporla İş üzrə Dövlət Komitəsi xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan evləri ilə bağlı videolayihə təqdim edir.

Komitədən Trend-ə bildirilib ki, videolayihədə Azərbaycan evlərinin hansı məqsədlə yaradılması, ölkəmizin təbliği baxımından əhəmiyyəti, evlərdə keçirilən tədbirlər və həmin tədbirlərdə xaricilərin iştirakı barədə məlumat verilir.

Qeyd edək ki, hazırda İspaniya, Almaniya, Gürcüstan, Polşa, Ukrayna, Türkiyə, Macarıstan, Estoniya, Avstriya və bir sıra başqa ölkələrdə ümumilikdə 12 “Azərbaycan evi” açılıb və səmərəli fəaliyyət göstərir.

“Azərbaycan evləri” videolayihəsi ilə burada tanış olmaq olar:

https://www.youtube.com/watch?v=oj_XZnxKRIU&t=1s

https://www.youtube.com/watch?v=8bOV3_u7kIE&t=18s

Məqalədə:
Xəbər lenti

Xəbər lenti