...

Myanmada təxminən 1.3 min adam saxlanılıb

Gündəm Materials 3 Mart 2021 00:58 (UTC +04:00)
Myanmada təxminən 1.3 min adam saxlanılıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Myanmada hərbi qüvvələrin hakimiyyətə gəlişindən sonra 34 jurnalist daxil olmaqla təxminən 1,3 min nəfər nəzarətə alınıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Myanmadakı Siyasi Məhbuslara Yardım Assosiasiyası məlumat verib.

"2 Mart tarixinə qədər 1294 nəfər saxlanılıb. Hazırda 988 hələ də nəzarət altındadır, bunların arasında 4 nəfər həbs cəzasına məhkumdur. Təxminən 30 nəfər öldürülüb", - məlumatda vurğulanır.

Təşkilata görə, Myanmada jurnalistlər medianın fərqlənmə nişanlarını daşısalar belə, hücumlara məruz qalaraq həbs olunurlar: "Ümumilikdə 34 jurnalist saxlanılıb, bunlardan yalnız 15-i sərbəst buraxılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti