Bakı. Orxan Nəbiyev - Trend:
Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini Andranik Makaryana ittiham irəli sürülüb.
Trend bu barədə erməni KİV-lərinə istinadən məlumat verir.
A.Makaryanın adı Ermənistan İstintaq Komitəsinin Baş hərbi idarəsində araşdırılan cinayət işlərinin birində hallanır.
Cinayət işi barədə ətraflı məlumat verilməyib.
Qeyd edək ki, A.Makaryan Baş qərargahın baş nazir Nikol Paşinyanın istefası tələbinə qoşulmamışdı.