...

Mingəçevirdə “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib (FOTO)

Gündəm Materials 17 Aprel 2021 14:04 (UTC +04:00)
Mingəçevirdə “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib (FOTO)

Bakı. Trend:

Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən normativlərə uyğun gəlməyən nəqliyyat vasitələrinin müəyyən edilməsi məqsədilə reyd keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, reydin keçirilməsində məqsəd atmosferin avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsindən ibarət olub. Təmiz hava” aylığı çərçivəsində keçirilən tədbir zamanı şəhər ərazisində 50-yə yaxın nəqliyyat vasitəsi saxlanılıb, onların mühərriklərinin ixrac etdiyi dəm qazı xüsusi qurğu ilə yoxlanılıb.

Atmosferə normadan artıq dəm qazı buraxan 18 avtomobilin sürücüsü barəsində protokol tərtib olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti